ABŞ vətəndaşı Cənubi və Şimali Koreyanı ayıran hərbi demarkasiya xəttini icazəsiz keçib.
Bu barədə BMT Komandanlığı (UNC) bildirib.
UNC-nin məlumatına görə, şəxs Panmunjomda yerləşən Demilitarizasiya Bölgəsindəki (DMZ) Birgə Təhlükəsizlik Bölgəsinə səfər zamanı Şimali Koreya ərazisinə keçib.
Şəxsin hazırda Şimali Koreyanın nəzarətində olduğu güman edilir.
Komandanlıq həmin şəxsin cinsi və digər təfərrüatlar barədə ətraflı məlumat verməyib.
"Biz bu insidenti həll etmək üçün KPA həmkarlarımızla işləyirik", UNC-in məlumatında qeyd olunub.