ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? – Səfirlikdən açıqlama

ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? –  Səfirlikdən açıqlama
SOSİAL
14:19 15.01.2026
969

"Mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir".

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.

Ətraflı məlumat üçün: https://travel.state.gov/.../immigrant-visa-processing...

OXŞAR XƏBƏRLƏR