Bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yeni ölkələr artıq mövcud olan 38 ölkəlik siyahıya əlavə olunacaq. Bununla da proqram ümumilikdə 50 dövləti, əsasən də Afrika ölkələrini əhatə edəcək. Proqrama daxil edilən yeni ölkələr Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunisdir.
Söhbət işgüzar və turistik səfərlər üçün nəzərdə tutulan B1/B2 kateqoriyalı vizalardan gedir. Aprelin 2-dən qüvvəyə minəcək yeni qaydalar ABŞ-də qalma müddətinin aşılması hallarını azaltmağa yönəlib.
Dövlət Departamentində bildirilib ki, proqram artıq miqrasiya rejiminin pozulması hallarına qarşı mübarizədə effektivliyini göstərib.
/Oxu.az










































