ABŞ bir neçə il ərazində Yaponiyada beşinci nəsil qırıcılar hesab olunan "F-35” hərbi təyyarələri yerləşdirəcək.
Bu barədə "NHK” İnformasiya Agentliyi Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşiyə istinadən məlumat yayıb.
O, keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəyə ilkin mərhələdə 48 ədəd "F-35” və 36 ədəd "F-16” qırıcıları göndəriləcək: "Həmin qırıcılar Hərbi Hava Qüvvələrinin "Misava” bazasında yerləşdiriləcək. Bildirmək istəyirəm ki, biz bu addımı həm ABŞ-nin hərbi potensialını gücləndirməsini nəzərə alaraq, həm də Yaponiya-ABŞ ittifaqının möhkəmləndirilməsi məqsədilə planlaşdırırıq”.