Yaxın Şərqdə gərginliyin sürətlə artdığı bir vaxtda ABŞ Müdafiə Nazirliyi bölgəyə F-16 donanmasının ardından təyyarədaşıyan gəmilər göndərib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə göndərilən F-16 donanmasının ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) missiya ərazisinə çatdığını açıqlayıb.
Pentaqonun verdiyi açıqlamaya görə, CENTCOM-un xidmət sahəsinə çatan F-16 donanması nazirliyin daha əvvəl bölgəyə göndərdiyi müdafiə birlikləri ilə ABŞ qüvvələrinin bölgədəki müdafiəsi üçün çalışacaq.
Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib: "Biz bilirik ki, bu hücumları həyata keçirən qruplar İnqilab Keşikçiləri Korpusu və İran rejimi tərəfindən dəstəklənir".
Ayşən