ABŞ Yəməndə husiləri vurdu

ABŞ Yəməndə husiləri vurdu
DÜNYA
13:35 19.03.2024
129
ABŞ Yəməndə husilərə məxsus 7 gəmi əleyhinə raketi, 3 İHA və 3 silah anbarını məhv edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, hücumlarla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media platforması X hesabında açıqlama verilib.
 
Açıqlamada CENTCOM qüvvələrinin husilərin nəzarətində olan ərazilərə "özünümüdafiə çərçivəsində” müdaxilə edərək 7 gəmi əleyhinə raket, 3 İHA və 3 silah saxlama konteynerini məhv etdiyi bildirilib və bu silahların bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaradıb.
 
Bəyanatda bu müdaxilənin "naviqasiya azadlığını qorumaq” və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün "daha ​​təhlükəsiz” etmək üçün edildiyi qeyd edilib.
 
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. 
 
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR