Rusiya Müdafiə Nazirliyi ABŞ-nın virus mutasiyalarını axtararaq yeni pandemiyaya hazırlıqlara başladığını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Birliyinin rəisi İqor Kirillovun verdiyi açıqlamada bəyan edib.
Kirillov bildirib ki, ABŞ-da yaradılmış ofisin prioritet istiqamətlərinə virusların və onların geni dəyişdirilmiş variantlarının qarşısını almaq üçün peyvənd və dərmanların yaradılması daxildir.
Rusiyalı komandir belə bir ofisin yaradılmasının ABŞ tərəfindən bioloji vəziyyətə qlobal nəzarətə doğru addım olduğunu qeyd edib.
Şəbnəm