"Abşeron küləkləri işığa çevriləcək"

"Abşeron küləkləri işığa çevriləcək"
SOSİAL
17:55 18.01.2022
650
Dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbayan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb.

Yeni təməli qoyulan "Xızı- Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə bu tipli ən böyük stansiya olacaq. Onu Xızı dağlarının və Abşeron torpağının küləyi hərəkətə gətirəcək. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev işğaldan azad edilmiş əraziləri -10 min kvadratkilometr ərazini "yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətə başlayıb. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var. Dövlət başçısı əmin olduğunu bildirir ki, ölkədə inşa ediləcək "Xızı- Abşeron” stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər investisiya layihələri də icra edilməyə başlanacaq.

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda 100 faiz özəl investisiya ilə inşa ediləcək 240 meqavat gücündə "Xızı- Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi bir daha ölkəmizin güclü alternativ enerji potensialı olduğunu göstərdi. Bu stansiyanın istifadəyə verilməsi ilə il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq.

Bu nəhəng layihənin təməlqoyma mərasimi bir daha təsdiqlədi ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bunun nəticəsidir ki, ölkəmizdə xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Bu layihə bir daha təsdiqləyir ki, Azərbaycanın həm də ikitərəfli dövlətlərarası əlaqələrinin rolu çox böyükdür. Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, əlverişli investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, respublikamızdakı mövcud sabitlik, əmin-amanlıq, təhlükəsizlik, güclü sənaye potensialı, iqtisadi müstəqillik,enerji təhlükəsizliyinin təmin edilməsi –bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır.

Müstəqilliyinin bərpasından ötən 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyon dollar investisiya yatırılıb. Bu investisiyanın yarısı xarici investisiyadır. Hər ötən il xarici investorların maraq göstərdiyi Azərbaycanda iş adamları üçün yaradılan şərait, edilən güzəşt onların sayının artmasını şərtləndirir. Dövlət başçısı bildirdi ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Prezident işğaldan azad olunmuş ərazilərimizin də imkanlarından söz açaraq investorlara mesaj ünvanlayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş-elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq.

Naftalan şəhər sakini: Elyar Cəfərov
OXŞAR XƏBƏRLƏR