Abşeron rayonunda “2 Fevral – Gənclər Günü” qeyd edilib - FOTOLAR

Abşeron rayonunda “2 Fevral – Gənclər Günü” qeyd edilib - FOTOLAR
SOSİAL
16:38 02.02.2023
157
Abşeron rayonunda "2 Fevral - Gənclər Günü” rayonun fəal gəncləri ilə birgə qeyd edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktoru, Bakı Mühəndislik Universitetinin rektoru, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. 

Daha sonra Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətininin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi çox böyük və uğurlu inkişaf yolu keçmişdir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixi "Gənclər Günü” elan edilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və onların sosial, iqtisadi problemlərinin həllinə, asuda vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunaraq icra edilmişdir. 

RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər dövlət idarəçiliyinə cəlb olunub, o cümlədən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradılmışdır. 

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclər yetişmişdir. Qeyd olunmuşdur ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda təlim-tərbiyə olunan gənclərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmişdir. 

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova  çıxış edərək ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açmışlar. 

Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr verilmişdir.
Bundan əlavə rayon gəncləri II Fəxri Xiyabanda, Xırdalan şəhər Şəhidlər Xiyabanında, o cümlədən rayonun kənd və qəsəbələrində şəhidlərimizi ziyarət etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.

Qeyd edək ki, "2 Fevral - Gənclər Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xirdalan şəhərindəki Mədəniyyət Mərkəzində "Müzəffər vətənin qəhrəman gəncliyi” mövzusunda da ədəbi-bədii tədbir keçirilmiş və rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar verilmişdir.
 















OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan