Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR
SOSİAL
20:10 27.09.2022
202
Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində geniş ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, "N” saylı Hərbi Hissənin Korpus komandiri - Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, ANAMA əməkdaşları, şəhid ailələri və qazilərin iştirakı ilə baş tutan aksiyada 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında 27 sentyabr - Anım Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. 
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub edərək torpaqlarımızı işğalçılardan azad edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, xalq-iqtidar birliyi, ordumuzun, şəhidlərimizin qəhrəmanlığı və şücaəti sayəsində  vətənimizin bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirdiyini vurğulayan RİH-nin başçısı yaxın zamanlarda böyük tədbirlərin artıq düşməndən azad edilmiş yurdlarımızda təşkil olunacağına əminliyini ifadə edib. 

Daha sonra rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Şamil Nəcəfovun anası Gülşən Qazanxanova, şəhid Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev və digərləri çıxış edərək ordumuzun şücaətindən, ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən böyük diqqət və qayğıdan danışıblar. Sonra şəhid övladları səhnəyə dəvət olunub. 

Təbirdən sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, Birinci Qarabağ və Vətən Müharibəsi zamanı canından keçmiş bütün şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri düzülüb, rayonun kənd və qəsəbələrində bütün şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, şəhidlərimiz ehtiramla yad edilib.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, o cümlədən rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatları tərəfindən 26-27 sentyabr tarixlərində Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunmuş, onların qayğıları ilə maraqlanmış, şəhidlərimizin xalqımızın qəlbində və tariximizdə daima yaşayacaqları vurğulanmışdır. 

Tədbir və görüşlər zamanı şəhid ailələri və qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya onlara göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi