Abşeron rayonunda 58 yaşlı kişi faciəvi şəkildə öldü

Abşeron rayonunda 58 yaşlı kişi faciəvi şəkildə öldü
SOSİAL
23:24 30.04.2020
1069
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Hadisə rayonun "At yalı” adlanan yaşayış massivində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. 
 
///Report
OXŞAR XƏBƏRLƏR