Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar

Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar
SOSİAL
15:09 24.10.2025
56
Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib.
 
AZXEBER.COM xəbər verir ki, rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb. 

Rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR