Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıldı

Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıldı
SOSİAL
22:23 19.03.2020
3935
Novruz bayramı ərəfəsində Abşeron rayonunda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə qayğı diqqət mərkəzində saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən əziz bayram münasibətilə rayonun kənd və qəsəbələrində yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təqdim edilib.

Bayramla əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları, ilk növbədə, yardıma ehtiyacı olanlar – şəhid, əlil ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və iki gün ərzində, ümumilikdə 550-dən çox ailəyə təqdim olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR