Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir - FOTO

Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir - FOTO
SOSİAL
17:34 18.03.2023
169
Bu gün Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilmişdir. İlk öncə bayram ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən Abşeronda yaşayan şəhid ailələrinə və qazilərə baş çəkilmiş,  onlar xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə təbrik edilmişdir. O cümlədən, şəhid məzarları və Şəhid Xatirə Kompleksləri ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur. 
 
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak etmişdir.
 
"Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla şəhid övladları və qazilər bayram tonqalını qalamışlar. Parkın hər guşəsi bayram atributları ilə bəzədilmiş, məktəb və bağça kollektivləri öz sərgiləri ilə qonaqları sevindirmişlər. Bayram şənliyində Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə vermiş və park ərazisində bayram gəzintisinə başlanılmışdır. Burada milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır. Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
 
Gəzintidən sonra incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilmiş və teatr tamaşaları göstəriımişdir.
 
Onu da qeyd edək ki, Novruz bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə həyata keçirilən iməclik tədbirləri bu həftə sonu da davam etdirilmiş, yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilmişdir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."