Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilib - FOTOLAR

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilib - FOTOLAR
SOSİAL
10:24 21.03.2023
306
Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad etmişlər.
 
Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkmiş, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanmışlar. 
Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılmış, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilmişdir. Bildirilmişdir ki, artıq üçüncü dəfədir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza Novruz təbriklərini doğma Qarabağ diyarından səsləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bayram təbrikində qeyd etmişdir ki, biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etmişik. "44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
 












OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir