Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR
İQTİSADİYYAT
13:18 15.07.2022
1068
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısınin İçtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və rayonm ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan şəhərində yerləşən ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 
Bildirilib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atıb, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında olub. Heydər Əliyev öz müdrik siyasəti, dönməz iradəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. 
 
Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması tarixi hadisəyə çevrilib. 
 
Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirildikdə Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımların şahidi oluruq. Hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən "Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla, ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı.
 
Başlanğıcı 53 il bundan əvvəl – 1969-cu il iyulun 14-ü olan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu arzu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası, dəmir yumruğunun qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü və rəşadətli Ordumuzun hərbi qulluqçularının Vətənə, dövlətə, Heydər Əliyev ideyalarına sədaqəti ilə gerçəkləşdi.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub