Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi - FOTOLAR
SOSİAL
13:54 10.03.2022
259
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizin mövlud günləri qeyd edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak etmişlər.

Ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” və "İgidliyə görə” medallarına layiq görülən şəhid Sadıqov Rəsul Həşim oğlunun 21-ci, ölümündən sonra "Bayraq ordeni”, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Dövlətov Zaur Zahir oğlunun 27-ci, ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Useynov Ceyhun Elşad oğlunun 32-ci doğum günü ilə əlaqədar onların məzarları ziyarət olunmuş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, onların göstərdiyi şücaətlərdən söz açılmışdır.

RİH başçısı Abdin Fərzəliyev şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedərək onların ailə üzvləri ilə görüşmüşdür. Ailələrin problermləri və qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd etmişdir.

Şəhid Useynov Ceyhun Elşad oğlunun adının verildiyi küçədə baralyefinin açılışı olmuşdur. Məlumat verilmişdir ki, Abşeron RİH-nin tövsiyasi ilə şəhidin adını daşıyan küçəyə asfalt örtüyü çəkilmiş, ərazidə ümumi abadlıq işləri aparılmışdır.

Şəhid aillələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

RİH başçısı Abdin Fəzrəliyev günün sonunda "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Mustafayev Nurlan Hamlet oğlunun öz adını daşıyan övladı Nurlan Mustafayevin 1 yaşı olması ilə əlaqədar onların evinə getmiş, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanmışdır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ