Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirildi - FOTOLAR

Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirildi - FOTOLAR
SOSİAL
16:08 02.08.2023
214
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və "Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İB-nin Abşeron rayon sədri Süleyman Cəfərov iştirak etmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı zəfərdən danışaraq zabit və əsgərlərimizin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan söz açmışdır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixi olduğunu söyləyərək qeyd etmişdir ki, Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimiz daim hörmət və ehtiramla yad edilir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir.

Görüş zamanı Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədovanın övladının təhsil haqqının ödənilməsi, Vətən müharibəsi şəhidi İsmayıl Qəsəbovun həyat yoldaşı Lalə Qəsəbovanın iş yeri ilə təmin olunması, Vətən müharibəsi şəhidi Elbrus Bayramovun həyat yoldaşı Gültəkin Bayramovanın övladının müalicə xərclərinin ödənilməsi, həmçinin Vətən müharibəsi qazilərindən Ramin Rzayevin əlilliyin təyin olunması üçün dəstək göstərilməsi, Ruslan Rüstəmovun  maddi dəstəyin olunması kimi müraciətləri və digər görüş iştirakçılarının müxtəlif müraciətləri dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digər məsələlərin qısa zamanda həlli ilə bağlı isə müvafiq tapşırıqlar verilib.

Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq rayonun qəsəbə və kəndlərində yerlərdə keçirilən səyyar qəbullar zamanı şəhid ailələri və qazilərin iştirakı təmin edilir, eləcə də Rayon İcra hakimiyyətinin inzibati binasında müraciətləri əsasında növbəsiz görüşlər keçirilərək qayğıları ilə maraqlanılır və həlli üçün müvafiq işlər görülür.

Şəhid ailələrinin üzvləri və qazilər həyatlarının hər bir anlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini söyləyərək buna görə təşəkkürlərini ifadə ediblər.











 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR