Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi
15:12 29.01.2021
614
Azərbaycanda iki rayona yeni prokuror təyin edilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə Qabil Qasımov Abşeron rayon prokuroru, Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR