Abşeronda 15 yaşlı qız yoxa çıxdı

Abşeronda 15 yaşlı qız yoxa çıxdı
SOSİAL
20:21 14.01.2019
6468
15 yaşlı Abşeron rayon sakini itkin düşüb.

Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.

Bu barədə yeniyetmə qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.

İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib.
 
///Unikal.org
OXŞAR XƏBƏRLƏR