Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb

Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb
SOSİAL
10:57 11.07.2025
153

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 17 ədəd F-1 əl qumbarası, 16 ədəd UZRQM partladıcısı, 1 ədəd UBR-M75P1 partladıcısı, 85 ədəd 7,62 mm-lik, 44 ədəd 5,45 mm-lik və 13 ədəd 9,18 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatı və 2 ədəd sandıqcası, 1 ədəd AKSU avtomatı, 2 ədəd Makarov tipli tapança və 2 ədəd sandıqcası, 1 ədəd süngü bıçağı olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb
OXŞAR XƏBƏRLƏR