Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurdu - vəziyyəti ağırdır

Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurdu - vəziyyəti ağırdır
SOSİAL
10:31 14.11.2021
857
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsndə qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abızadə Tünzalə Razi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
 
report
OXŞAR XƏBƏRLƏR