Abşeronda 26 İyun Silahlı Qüvvələr günü qeyd olundu - FOTOLAR

Abşeronda 26 İyun Silahlı Qüvvələr günü qeyd olundu - FOTOLAR
SOSİAL
19:30 26.06.2021
441
Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr günü qeyd olunub. Xırdalandakı Mədəniyyət Evində baş tutan tədbirdə şəhid ailələri, RİH başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib. Dövlət himni ilə başlayan tədbirdə vətənimizin bötüvlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən Müharibəsindəki qələbəmizi özündə əks etdirən video-rolik nümayiş olunub.

İ.Gülməmmədova çıxış edərək bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi, iradəsi və düzgün qərarları sayəsində 44 gün ərzində düşmənin məğlub edildiyini və Qarabağın işğaldan azad edildiyini deyən başçı əlavə edib ki, bu qələbənin əldə olunmasında şəhidlərimizə, qazilərimizə və ümumilikdə Azərbaycan Ordusuna borcluyuq. Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhidi və qazisi oldu.

Millət vəkili Şahin Seyidzadə çıxış edərək Vətan Müharibəsində Azərbaycan oğullarının göstərdiyi şucayətdən və ölkədə həyata keçirilən ordu quruculuğundan danışıb.

Sonra Abşeron rayon Səfərbərlik Şöbəsinin Çağırış bölmə rəisi, mayor Fuad Zeynallı çıxış edərək hərbi qulluqçuların əldə etdiyi uğurlardan söz açıb.

Sonra Vətən Müharibəsinin 53 iştirakçısına – şəhid və qazilərə cənab Prezidentin sərəncamı ilə təltif olunmuş medallar təqdim olunub. Eyni zamanda, RİH tərəfindən "RTayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə” bir qrup şəxsə Fəxri Fərmanlar verilib.

Bundan sonra konsert proqramı baş tutub.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb