Abşeronda azyaşlı müəmmalı şəkildə ölüb.
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.
Qəsəbə sakini olan 8 yaşlı Heydər Qurban oğlu Talıbzadə yaşadığı evdə qəflətən ölüb. Onun hansı səbəbdən öldüyü hələlik bəlli deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.