Abşeronda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var

Abşeronda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var
SOSİAL
21:15 11.09.2020
608

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitəsində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb. O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR