Abşeronda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Abşeronda avtomobillər toqquşdu: Xəsarət alanlar var
SOSİAL
03:53 08.09.2023
219
Abşeron rayonunun Novxanı kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, "Hyundai Tucson” və "Volkswagen Passat” markalı avromobillərin toqquşması nəticəsində 2 nəfər - "Hyundai Tucson”un sürücüsü Murad Səidli və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR