Abşeronda bank kartından 6500 manat oğurlanıb

Abşeronda bank kartından 6500 manat oğurlanıb
SOSİAL
13:30 29.12.2023
181
Abşeron rayonu ərazisində bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından hesabındakı 6583 manat pulunu oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR