Abşeronda boya istehsalı zavodundakı yanğın məhdudlaşdırılıb

Abşeronda boya istehsalı zavodundakı yanğın məhdudlaşdırılıb
SOSİAL
13:52 22.08.2025
178
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.


OXŞAR XƏBƏRLƏR