Abşeronda əməliyyat keçirildi - axtarışda olan 10 nəfər saxlanıldı - VİDEO

Abşeronda əməliyyat keçirildi - axtarışda olan 10 nəfər saxlanıldı - VİDEO
SOSİAL
10:25 03.05.2025
169
Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 10 nəfər saxlanılıb, "isti izlərlə” 6 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq, dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslər müəyyən olunub və xırda xuliqanlıqla əlaqədar 23 fakt aşkarlanıb.

Həmçinin əhali arasında aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan 21 ədəd silah-sursat könüllü polisə təhvil verilib.
 

OXŞAR XƏBƏRLƏR