Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü
SOSİAL
11:48 11.03.2020
3119
Abşeron rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində baş verib.

2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.
OXŞAR XƏBƏRLƏR