Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü

Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
HADİSƏ
11:26 20.06.2026
694
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb.
 
2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub.
 
A.Bağırov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR