Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsi qalxıb.
AZXEBER.COM-un FHN-nin saytına istinadən xəbərinə görə, nəticədə yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər.