Abşeronda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

Abşeronda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ
SOSİAL
12:01 04.06.2025
303
Abşeron rayonunun Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.

Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.
 

OXŞAR XƏBƏRLƏR