Abşeronda iki azyaşlı bacını avtomobil vurub, biri ölüb

Abşeronda iki azyaşlı bacını avtomobil vurub, biri ölüb
SOSİAL
11:55 09.04.2023
143

Abşeronda iki azyaşlı bacını avtomobil vurub.

"Report”un xəbərinə görə, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi "Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.

Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR