Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron könüllüləri ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və könüllülər iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüb. Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən "ASAN könüllü”lərinin uğurlarından bəhs edən film nümayiş olunub.
İ.Gülməmmədova çıxış edərək Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Hazırda da bu idoelogiyanın Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söyləyən başçı vurğulayıb ki, 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir.
Qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti hələ 5 il bundan önçə ilk könüllü proqramına ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı, bu möhtəbər yarışa dəstək və kömək məqsədi ilə 100-dən çox könüllüsü ilə qoşulub. Daha sonra həmin ilin oktyabr ayında Abşeron RİH-in və "Asan Xidmət”in birgə təşkilatçılığı ilə 12 gənc "Master 2” könüllü proqramı çərcivəsində icra hakimiyyətində təcrübbə keçmək üçün fəaliyyətə başlayıb. Xüsusi ilə qeyd edək ki, həmin gənclərdən 4-ü Abşeron rayon icra hakimiyyətində işlə təmin olunub.
Sonra 76 könüllüyə Abşeron RİH-i tərəfindən sertifikatlar təqdim olunub.
Sonda tanınmış gənc incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.