Abşeronda kütləvi dava: 1 nəfər bıçaqlandı

Abşeronda kütləvi dava: 1 nəfər bıçaqlandı
SOSİAL
11:03 04.08.2018
7734

Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən "Pəhləvanlar" obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR