Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
16:15 07.12.2025
89
Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü A.Əhmədova və 1991-ci il təvəllüdlü E.Şahbazova xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
 
/unikal.az
OXŞAR XƏBƏRLƏR