Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu

Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu
SOSİAL
10:12 20.06.2017
852
Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub.

Xəsarət alan şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR