Abşeronda şəhid ailələri ilə görüş keçirildi - Fotolar

Abşeronda şəhid ailələri ilə görüş keçirildi - Fotolar
SOSİAL
16:09 08.04.2022
260
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə görüş keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın qazandığı zəfərdən danışıb, əsgərlərimizin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan söz açıb. 

Qeyd edilmişdir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri həyatlarının hər bir anında Azərbaycan Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını hiss etməkdədir.

Çıxışçılar şəhidlərin adlarını daşıyan küçələrinabadlaşdırılmasında, ailə üzvlərinin işlə təmin olunmasında, torpaq sahələrinin ayrılmasında, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində və digər məsələlərdə köməklik göstərilməsini xahiş ediblər. 

Rayon ərazində şəhidlərin adlarının verildiyi küçələrin siyahısının tutulduğunu, həmin küçələrin yenidən qurulması və abadlaşdırılması istiqamətində layihələrin hazırlandığını, Abşeronlu şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində Anım Kompleksinin tikiləcəyini bildirən RİH başçısı bununla bağlı layihənin artıq hazırlandığını, abidənin ucaldılacağı ərazinin müəyyən olunduğunu və yaxın günlərdə tikinti işlərinə başlanılacağını görüş iştirakçılarının diqqətinə çatdırıb. 
 
Şəhid ailələri və qazilər tərəfindən qaldırılan digər məsələlər yerindəcə həll edilib. 

Qeyd edək ki, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Ceyranbatan qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR