Abşeronda şəhid Səxavət Abbasovun xatirəsinə şahmat turniri keçirildi - FOTOLAR

Abşeronda şəhid Səxavət Abbasovun xatirəsinə şahmat turniri keçirildi - FOTOLAR
SOSİAL
10:29 16.12.2021
334
Abşeronda şəhid Səxavət Abbasovun əziz xatirəsinə şahmat turniri keçirilib. Turnirə Azərbaycanın tanınmış şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və eləcə də gənc şahmatçılar qatılıb. 

AZXEBER.COM xəbər verir ki, Xıralandakı Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev və KİV nümayəndələri iştirak edib.  

Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra RİH başçısı İ.Gülməmmədova Vətən Müharibəsində qazandığımız qələbədən, əsgərlərimizin şücaətindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və düzgün qərarları sayəsinə 30 illik vətən  həsrətinə son qoyuldu. Şəhidlərimizin, qazilərimizin və bütünlükdə ordumuzun döyüş əzmi, qəhrəmanlığı qarşısında düşmən duruş gətirə bilmədiyini, ağ bayraq qaldıraraq kapiltulyasiya aktına imza atdığını deyən başçı qeyd edib ki, bununla da Azərbaycan xalqı bütün dünyada müzəffər xalq kimi tanındı. Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Abşeron rayonunda görülən işlərdən ətraflı danışan İ.Gülməmmədova deyib ki, bu tədbirin də əsas məqsədi şəhidlərimizin əziz xatirəsini uca tutmaqdır. 

Daha sonra beynəlxalq turnirlərin qalibi, gənc şahmatçı Ümid Aslanovun atası Fuad Aslanov, dünyaca məşhur şahmatçı Şəhriyar Məmmədyarov və şəhid Səxavət Abbasovun atası Rizvan Abbasov çıxış edərək turnirdəki iştirakçılara uğurlar arzulayıb. 

Bundan sonra turnirə start verilib. Qeyd edək ki, yariş çərçivəsində 10 şahmatçı öz gücünü yoxlayacaq. 
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR