Abşeronda şəhidlərin xatirəsinə keçirilən futbol turnirinin qalibi müəyyən olunub.
AZXEBER.COM xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin, Qobu bələdiyyəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Qobu qəsəbəsinin sakinləri arasında futbol turnirinə start düzənlənib. Bununla bağlı qəsəbədəkı futbol meydançasında baş tutan finaal görüşündə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman İdarəsinin nümayəndəsi,Qobu qəsəbə bələdiyyəsinin sədri Araz Nəcəfov, şəhid ailələri və qəsəbə idman sevərləri iştirak edib. Mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edilib, onların ruhuna dualar oxuyublar. Sonra himnizin sədaları altında üç rəngli üqəddəs bayrağımız qaldırılıb.
Turnirdə Qobu qəsəbəsini təmsil edən 5 komandadan finala "Gənclər” və "Təzəkənd” komandaları çıxıb. Gərgin keçən oyunda "Gənclər” komandası 3-1 hesabı ilə qalib gəlib.
Qaliblərə kubok, medal və diplomlar verilib.