Abşeronda süni göldə batan şəxsin meyiti tapıldı

Abşeronda süni göldə batan şəxsin meyiti tapıldı
SOSİAL
17:12 02.09.2025
383
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
OXŞAR XƏBƏRLƏR