Abşeronda torpaq davası məhkəmə çəkişməsi ilə nəticələndi

Abşeronda torpaq davası məhkəmə çəkişməsi ilə nəticələndi
SOSİAL
23:42 09.08.2018
2265

Abşeron rayonu Məmmədəli kəndində bir qrup vətəndaş məhkəmə çəkişməsi ilə üz-üzə qalıblar.

 

Redaksiyamıza bu barədə şikayətçi Xalid Məmmədov müraciət edib. O bildirib ki, artıq aylardır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Natavan küçəsində tikdirdiyi evə görə məhkəmə salonlarında süründürməçiliklə üzləşir. 

 

Şikayətçinin sözlərinə görə, o illər öncə sözügedən ərazidə torpaq sahəsi alıb və burada özünə yaşayış evi tikdirib. Ancaq evi tikdirməsindən illər keçməsinə baxmayaraq, torpaq sahibi ona qarşı yeni iddia qaldıraraq torpağın boşaldılmasını tələb edib.

 

Sözügedən iddia aylardır ki, məhkəmə predmetinə çevrilib və iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsi baxır.

 

İddia ərizəsinə görə, iddiaçı Fərəcov Novruz Mürşüd oğlu cavabdehlər Məmmədov Elçin Əlirza oğlunun, Məmmədov Xalid Yusif oğlunun və Qurbanov Mehriban İsrafil qızına qarşı tikililərin sökülməsi tələb edilir.

 

Şikayətçinin sözlərinə görə, hazırda iş hakim Səyyad Qafari tərəfindən baxılır.


X. Məmmədovun sözlərinə görə mülki işlə bağlı iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib:


"Hakim bu vəsadəti qəbul etdi və hazırda bizim evlərin yerləşdiyi əraziyə baxış keçiriləcək. Biz evlərimizin boşaldılmasını istəmirik, buna görə qanunvericiliyin tələblərinə uyğun mübarizə aparacağıq”.

 

Mövzu ilə bağlı qarşı tərəfin də mövzqeyini dərc etməyə hazırıq!
OXŞAR XƏBƏRLƏR