Abşeronda “VAZ 2107” dərəyə aşıb, xəsarət alanlar var - FOTO

Abşeronda “VAZ 2107” dərəyə aşıb, xəsarət alanlar var - FOTO
SOSİAL
12:11 25.12.2022
158

Abşeronun Saray şossesində ağır yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, avtoqəza yeni Saray şossesində qeydə alınıb.

Belə ki, "Daewoo” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarı ilə hərəkət edən "VAZ 2107”-ə çırpılıb.

Zərbə o qədər güclü olub ki, "VAZ” dərəyə aşıb.

Nəticədə içərisində olan sürücü və sərnişin xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

 

 


OXŞAR XƏBƏRLƏR