Abşeronda Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib - FOTOLAR

Abşeronda Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib - FOTOLAR
SOSİAL
11:14 10.07.2024
117
Qalıqları Xocalı rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Usubəli Süleyman oğlu Qarayevin nəşi Abşeron rayonuna gətirilib.

Şəhidin nəşi "Ceyranbatan bağları” yaşayış massivində ailəsinə təhvil verilib.

Qəsəbədə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

U.Qarayev iyulun 11-də Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
 
///report
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR