Abşeronda yol qəzasında 27 yaşlı gənc ayağını itirdi

Abşeronda yol qəzasında 27 yaşlı gənc ayağını itirdi
SOSİAL
21:38 11.09.2020
720
Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili  toqquşub.

Minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.
///report
OXŞAR XƏBƏRLƏR