Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib - FOTOLAR

Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib - FOTOLAR
SOSİAL
14:23 09.10.2024
407
2020-ci ilin payızı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində və "Dəmir yumruq” ətrafında sıx birləşən yenilməz ordumuz döyüş meydanında düşməni diz çökdürdü. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi şanlı qələbə ilə Ermənistanın işğalına son qoyuldu və Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu gün azad Qarabağda həyata keçirilən surətli və genişmiqyaslı abadlıq işlərindən sonra soydaşlarımız öz doğma yurdlarına geri dönür, bununla da doğma Qarabağımıza həyat yenidən qayıdır.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Abşeron şəhidlərinin bu günlərdə ildönümləri qeyd olunur. İldönümlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak edib.

Rayon rəhbərliyi şəhidlərimiz Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Ağakişiyev Nurlan Etibar oğlu, Nəcəfov Şamil Rəfi oğlu, Quliyev Hətəmxan Məti oğlu, Ələsgərov Ələkbər İsgəndər oğlu, Ataşov Asif Kərim oğlu, Həsənov Elşad Paşa oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Musibov Veysəl Yadulla oğlu, Üseynov Ceyhun Elşad oğlu, Rəhimli Ülvi Rabil oğlu və Məmmədov Tərlan Müşviq oğlu oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, RİH rəhbərliyi tərəfindən şəhid ailələri mütamadi şəkildə yad edilir və onlarla görüşlər keçirilir. Şəhidlərin ildönümləri ilə yanaşı onların və övladlarının doğum günləri də qeyd olunur.

Keçirilən görüşlərdə bildirilib ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bölgədə yeni sülh və sabitlik mühiti formalaşıb. Ölkəmizin sülh tərəfdarı olduğunu vurğulayan RİH başçısı yenilməz ordumuzun bugünkü gücündən danışaraq bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da baş verəbiləcək istənilən hərbi təxribatların qarşısını almağa hazırdır və Azərbaycan vətəndaşları tam təhlükəsiz şəraitdə Qarabağda yaşamağa davam edəcəklər. 

Şəhid ailələri də öz növbələrində onlara hər zaman diqqət və qayğının göstərildiyini, ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqaməində mütəmadi şəkildə tədbirlərin keçirildiyini bildirərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
00:08 05.11.2026
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib