Abşeronlu şəhid övladlarının Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiyası təşkil edildi - FOTOLAR

Abşeronlu şəhid övladlarının Azərbaycan Mülki Aviasiya Muzeyinə  ekskursiyası təşkil edildi - FOTOLAR
SOSİAL
11:08 14.04.2022
158
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qalib gəldiyi Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn  abşeronlu igidlərin övladlarının Azərbaycan Mülki Aviasiya Muzeyinə və Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyinə ekskursiyası təşkil edilib.
 
AZXEBER.COM xəbər verir ki, Ekskursiya Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Dünya Aviasiya və Kosmonavtika günü” ərəfəsində reallaşdırılıb. Muzeyin gəzintisi zamanı şəhid övladlarına Azərbaycan Respublikasının aviasiya sahəsində əldə etdiyi uğurlar və dünya aviasiyası barəsində ətraflı məlumat verilmişdir.

Qeyd edilib ki, 1961-ci ilin aprelin 12-də ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Dünya Aviasiya və Kosmonavtika Günündə respublikamızda kosmik sənayenin yaradılması tarixinə nəzər salınaraq vurğulanıb ki, ölkəmizdə müvafiq sahənin inkişafı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilən "Azərkosmos” 2011-ci ildə fəaliyyətə başlayıb. Bu il Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos”un fəaliyyətə başlamasının 11 ili tamam oldu. "Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – "Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin "Arianespace” şirkətinə məxsus "Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyk ABŞ-ın "Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub.

İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin kosmik sahədə yeni üfüqlərini açmaqda bir vasitə olacaq.

Qeyd edilib ki, Abşeron RİH-nin təşkilatçılığı ilə baş tutan bu kimi  silsilə maarifləndirici tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Ekskursiyanın sonunda şəhid övladları ilə xatirə fotosu çəkilib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
12:29 01.09.2025
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
12:21 01.09.2025
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
12:11 01.09.2025
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
11:54 01.09.2025
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
11:43 01.09.2025
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
11:38 01.09.2025
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
11:35 01.09.2025
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
11:28 01.09.2025
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
Azercell qadınlara növbəti dəstək proqramına start verir
11:22 01.09.2025
Azercell qadınlara növbəti dəstək proqramına start verir
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
11:16 01.09.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
Bu ərazilərdə qaz olmayacaq
11:14 01.09.2025
Bu ərazilərdə qaz olmayacaq
Hadisənin Paris tətilindən - FOTOLAR
11:13 01.09.2025
Hadisənin Paris tətilindən - FOTOLAR
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
11:05 01.09.2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
11:02 01.09.2025
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!