Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK

Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK
SOSİAL
09:56 02.09.2025
260
Bu gün Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində sentyabrın 2-də təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Həzi Aslanov, Hüseyn Arif küçələri, Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR