Abşeronun bu qəsəbələrində su kəsilib

Abşeronun bu qəsəbələrində su kəsilib
SOSİAL
10:31 30.01.2023
138
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
OXŞAR XƏBƏRLƏR